AZ

İrsail İranın infrastrukturuna zərbələr silsiləsini başa çatdırıb

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

İsrail Müdafiə Ordusu İranın infrastrukturuna qarşı həyata keçirilən zərbələr silsiləsini başa çatdırdığını bildirib.

"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, zərbələr Tehran və İsfahan şəhərlərində endirilib.

"İsrail Müdafiə Ordusu İranın silah istehsalı, xüsusilə ballistik raketlərin hazırlanması üçün istifadə etdiyi sənaye obyektlərinə zərbələr endirib. İsfahanda paralel şəkildə keçirilən əməliyyat zamanı isə ballistik raket kompleksi ilə əlaqəli onlarla hədəf, o cümlədən buraxılış qurğuları və raket anbarları vurulub", –məlumatda bildirilib.

Qeyd olunub ki, İsrail İranın ballistik raket proqramı ilə əlaqəli obyektlərə qarşı zərbələri davam etdirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
2
bizimyol.info

3Mənbələr