AZ

MiniART layihəsinin təqdimat mərasimi keçirilib

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Mayak” nəşriyyatının MiniART layihəsi çərçivəsində miniatür kitablar seriyasında klassiklərimizin kitablarının təqdimatı keçirilib.

525.az xəbər verir ki, tədbirdə ədəbiyyat və mədəniyyət ictimaiyyətinin bir sıra tanınmış nümayəndələri ‒ Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, ANAİB-in İdarə Heyətinin sədri, “Hədəf” Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadiq, Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu iştirak ediblər.

Əvvəlcə “Biba” nəşriyyatının direktoru Əziz Yaqubzadə və “Globalsoft IT” şirkətinin direktoru Toğrul Vəlibəyli çıxış edərək layihə haqqında ətraflı məlumat veriblər.

Daha sonra tədbir bədii hissə ilə davam edib.

Pantomima teatrının aktyoru Cavad Nur monotamaşa ilə çıxış edib. Qiraətçi Anar Atakişiyevin oxuduğu şeirlər və peşəkar musiqiçilərin ifasında səslənən əsərlər gecəyə xüsusi rəng qatıb.

Qeyd edək ki, MiniART kitabların mini ölçüdə xüsusi sənət nümunəsi kimi təqdim edildiyi unikal bir layihədir. MiniART layihəsi çərçivəsində XX əsr Azərbaycan klassik ədəbiyyatının 18 adda əsəri ümumilikdə 20 kitab halında nəşr edilib. Azərbaycanın görkəmli klassiklərinin əsərlərinin yer aldığı bu seriyada milli ədəbiyyatımızın həm nəsr, həm də nəzm janrlarına müraciət olunub. Layihənin əsas məqsədi klassik ədəbi irsi müasir oxucuya estetik və fərqli formatda təqdim etməkdir.

Aytac Sahəd

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
525.az

1Mənbələr