Bakı. Trend:
İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib.
Trend xəbər verir ki, Rodriqosıradan çıxıb. Bu barədə "Marca" nəşri məlumat yayıb.
Braziliyalı vinger La Liqanın 26-cı turunun "Xetafe" iləmatçında (0:1) ağır zədə alıb. Sağ dizinin çarpaz bağları qopan 25yaşlı futbolçu 6-7 ay yaşıl meydanlardan uzaq qalacaq.
Braziliya millisinin üzvü iyun ayında başlayacaq dünyaçempionatında iştirak edə bilməyəcək.
Qeyd edək ki, Rodriqo bu mövsüm "Real"ın heyətində meydanaçıxdığı 27 rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yaddaqalıb.