AZ

Milli Nüvə Nəzarət İdarəsi: İraqda radiasiya səviyyələrində artım qeydə alınmayıb

İraq İran tərəfindən gələn radiasiya səviyyələrində hər hansı artım qeydə almayıb. Eyni zamanda, radiasiya fonu İraqın bütün ərazisini əhatə edən erkən xəbərdarlıq sistemləri tərəfindən 24 saat ərzində fasiləsiz izlənilir.

AZƏRTAC İraq Xəbər Agentliyinə istinadla bildirir ki, bunu ölkənin Milli Nüvə Nəzarət İdarəsi açıqlayıb.

Qurumun sədri Fazil Havi Məzban İranda və Yaxın Şərqdə baş verən hərbi əməliyyatların narahatlıq doğurduğunu bildirib. “Hərbi əməliyyatlar başlayan kimi Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Hadisələr və Fövqəladə Hallar Mərkəzi bizimlə əlaqə saxlayaraq sistemlərimizin detektorları vasitəsilə qeydə alınan radiasiya səviyyələri ilə maraqlanıb”, - deyə İraq nümayəndəsi vurğulayıb.

Qeyd edilməlidir ki, BAEA İranın Natanz şəhərində yerləşən uranın zənginləşdirilməsi zavodunun binalarına dəyən ziyanı təsdiqləyib.

Seçilən
48
4
yeniazerbaycan.com

5Mənbələr