AZ

"Ən doğrusu Premyer Liqa trendlərinə uyğunlaşmaqdır"

style='margin-bottom:10px;'>

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqada standart vəziyyətlərin artan rolu barədə fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, BBC-yə danışan Qvardiola müasir futbolda standart vəziyyətlərin artıq həlledici amilə çevrildiyini vurğulayıb.  İspaniyalı mütəxəssis "Liverpul"un çalışdırıcısı Arne Slotun bu mövzuda bir qədər narazı ruhda olan açıqlamalarına reaksiya verib. O, İngiltərə futbolunun köklərinə toxunaraq bildirib ki, hələ uşaq olarkən bu ölkədə künc və cərimə zərbələrinə qol kimi sevinildiyini eşidib və bu mənada illər keçsə də, mahiyyət dəyişməyib:

"Standart vəziyyətlər artıq çox mühüm rol oynayır. Mən məşqçiliyə başlayanda vəziyyət fərqli idi. Hazırda bu trendi "Arsenal" müəyyən edir. Bu, oyunun bir hissəsidir. Məsələn, dörd il əvvəl NBA-də üçxallı atışlara bu qədər diqqət yetirilmirdi, amma indi hər kəs bunu edir. Oturub şikayətlənmək olar, lakin ən doğrusu uyğunlaşmaqdır".

Qvardiola Arne Slotun estetik baxımdan narahatlığını anladığını və bəzi məqamlarda onunla razılaşdığını da gizlətməyib. Bununla belə, o, hər ölkənin və hər klubun özünəməxsus oyun xüsusiyyətlərinin olduğunu və Premyer Liqanın sərt reallıqlarına adaptasiya olmağın vacibliyini qeyd edib.

Seçilən
12
1
teleqraf.com

2Mənbələr