Yazını böyüt
Yazını kiçilt
İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib.
Hafta.az xəbər verir ki, Rodriqo sıradan çıxıb.
Braziliyalı vinger La Liqanın 26-cı turunun "Xetafe" ilə matçında (0:1) ağır zədə alıb. Sağ dizinin çarpaz bağları qopan 25 yaşlı futbolçu 6-7 ay yaşıl meydanlardan uzaq qalacaq.
Braziliya millisinin üzvü iyun ayında başlayacaq dünya çempionatında iştirak edə bilməyəcək.
Qeyd edək ki, Rodriqo bu mövsüm "Real"ın heyətində meydana çıxdığı 27 rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb./"Marca"/