Məhəmməd Salahın yayda İngiltərəni tərk etmək ehtimalı getdikcə artır.
"Football-plus.az" xəbər verir ki, Səudiyyə Ərəbistanı klubları “Liverpul”un hücumçusunu Pro Liqaya gətirmək üçün cəlbedici təkliflər etməyi planlaşdırırlar.
“Mirror” qəzetinin məlumatına görə, Asiya təmsilçiləri 33 yaşlı futbolçuya üçqat artıq maaş ödəməyə hazırdılar. Salah bu fantastik təklifi qəbul edərsə, həftəlik maaşı 1,2 milyon funt sterlinqə (1,38 milyon avro) çatacaq.
“Liverpul” rəhbərliyi də onunla yolları ayırmağa hazırdı. Çünki Məhəmmədin gedişi klubun əmək haqqı xərclərini əhəmiyyətli dərəcədə azaldacaq. Həmçinin mersisaydlılar futbolçunun transferindən yüksək məbləğdə qazanc gözləyirlər.
Salah “Liverpul”da 2017-ci ildən oynayır. Misirli futbolçu cari mövsümdə bütün yarışlarda 25 matça çıxıb, 6 qol vurub və 6 məhsuldar ötürmə edib.
Onun klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi. Maaşı isə həftədə 400000 funt sterlinq (vergilər çıxılmazdan əvvəl 460000 avro) təşkil edir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta