AZ

Azərbaycan cüdo yığması Linzdəki Qran-Pri turnirində 7 idmançı ilə təmsil olunacaq

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən martın 6-dan 8-dək Avstriyanın Linz şəhərində cüdo üzrə Qran-Pri turniri keçiriləcək.

Apasport.az xəbər verir ki, Azərbaycan yarışda kişilərdən ibarət yığmanın böyük məşqçiləri – Elxan Məmmədov və Slavko Tekiçin rəhbərliyi altında 4 çəki dərəcəsində 7 cüdoçu ilə təmsil olunacaq.

Kişilər arasında Murad Muradlı (60 kq), Ruslan Paşayev, İslam Rəhimov (hər ikisi 66 kq), Ömər Rəcəbli, Vüsal Qələndərzadə (hər ikisi 81 kq), Camal Qamzatxanov və Uşanqi Kokauri (hər ikisi +100 kq) mübarizə aparacaqlar.

Dünya Cüdo Turuna daxil olan turnirdə 62 ölkədən 509 idmançı iştirak edəcək.

Cüdoçularımız Böyük Dəbilqəni 7 medalla başa vurub

Böyük Dəbilqə: daha 4 cüdoçumuz mübarizəyə qoşulacaq

Cüdoçumuz Böyük Dəbilqənin qalibi olub - KARYERASINDA İLK DƏFƏ

Böyük Dəbilqə: 7 cüdoçumuz tatami üzərinə çıxacaq

Cüdoçularımız Avropa Kubokunda iştirak edəcək

Seçilən
82
8
apasport.az

10Mənbələr