AZ

ADSEA-nın 7 milyonluq tender dayandırıldı


Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) "Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" publik hüquqi şəxsi tərəfindən Zar kəndinin xarici su təchizatı, tullantı su şəbəkəsi və müvafiq qurğuların tikintisi məqsədilə elan edilmiş açıq tender proseduruna xitam verilib.
Satınalma prosesi qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilmişdir.
Sözügedən tikinti layihəsinin həyata keçirilməsi üçün ehtimal olunan ümumi qiymət 7.181.133,08 AZN məbləğində müəyyən edilmişdi. Lakin satınalma komissiyasının qərarına əsasən, tenderdə iştirak etmək üçün təklif və təklifin təminatını təqdim etmiş, həmçinin tələb olunan xüsusi lisenziya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğu üçün proses dayandırılıb. Bu qərar "Dövlət satınalmaları haqqında" Qanunun 36.1.1-ci maddəsinə (müvafiq təchizatçıların sayının kifayət qədər olmaması) əsaslanır.
Layihə çərçivəsində kəndin həm içməli su şəbəkəsinin, həm də kanalizasiya sisteminin və qurğularının tam inşası nəzərdə tutulurdu. \\32gun.az

Seçilən
117
gender.az

1Mənbələr