AZ

Rusiyanın əməkdar artisti Olqa Kiriçenko vəfat edib

Rusiyanın Əməkdar artisti Olqa Kiriçenko 86 yaşında vəfat edib.

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, Vasili Şukşin adına Altay Regional Dram Teatrı bu barədə 3 martda məlumat verib.

"V.M. Şukşin adına Altay Regional Dram Teatrı Rusiyanın Əməkdar Artisti Olqa Leonidovna Kiriçenkonun vəfat etməsini dərin kədər hissi ilə bildirir", - deyə teatrın Telegram kanalında yayımlanan açıqlamasında bildirilir.

Teatr kollektivi Kiriçenkonun ailəsinə və dostlarına dərin hüznlə başsağlığı verir. 

Kiriçenkonun anım mərasimi 5 mart tarixində saat 11:00-dan 13:00-dək teatrın foyesində keçiriləcək.

QAZİLER.AZ

Seçilən
51
qaziler.az

1Mənbələr