AZ

Livan hərbçiləri “Hizbullah“ın 12 silahlısını saxlayıb

Moderator.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Livan Ordusunun hərbi qulluqçuları hakimiyyətin tətbiq etdiyi təhlükəsizlik tədbirləri çərçivəsində "Hizbullah" hərəkatının 12 silahlısını saxlayıb.

Moderator.az xəbər verir ki, bu barədə LBCI telekanalı məlumat yayıb.

Bildirilib ki, silahlılar müqavimət göstərməyib. Hadisə Sayda şəhəri yaxınlığındakı yoxlama-buraxılış məntəqəsində baş verib.

Xatırladaq ki, martın 2-də Livan hökuməti "Hizbullah"ın hər hansı hərbi fəaliyyətini qadağan edib, qruplaşmanın silahlı qanadı qeyri-qanuni elan olunub. Qərar Sarafand bölgəsindən İsrailin şimalındakı yaşayış məntəqələrinin atəşə tutulmasından sonra qəbul edilib. Hücum Livanın cənubunda 50-dən çox insanın öldüyü yeni hərbi eskalasiyaya səbəb olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
85
2
moderator.az

3Mənbələr