AZ

“Çelsi” Bastoni üçün 100 milyon avro ödəməli olacaq

"İnter"in müdafiəçisi Alessandro Bastoni karyerasını İngiltərədə davam etdirə bilər.

90deqiqe.Az-ın "GRV Media"ya istinadən məlumatına görə, "Çelsi" italiyalı futbolçunu transfer etməkdə maraqlıdır. Lakin London klubu oyunçunun potensial 100 milyon avroluq yay transferinə ehtiyatla yanaşır. Bastoni çox yönlü mərkəz müdafiəçisi hesab olunur, lakin onun yüksək qiyməti "Çelsi"ni çəkindirə bilər. "Zadəganlar" futbolçunun agenti ilə danışıqlarını davam etdirir.

Bastoni 2017-ci ildə 31 milyon avroya "Atalanta"dan "İnter"ə keçib. Onun müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir. Bu mövsüm müdafiəçi Milan klubunda bütün yarışlarda 33 oyunda meydana çıxıb, iki qol vurub və altı məhsuldar ötürmə edib.

Seçilən
11
90deqiqe.az

1Mənbələr