AZ

İranda yeni ali liderin adı tezliklə açıqlanacaq

İranda yeni ali liderin adı yaxın vaxtlarda elan oluna bilər.

KONKRET.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb. Bildirilir ki, İslam Respublikasının ali liderini seçən Ekspertlər Şurası yeni dövlət başçısının adını tezliklə açıqlayacaq.

Mənbələrin məlumatına görə, Şuranın iclasları “adi rejimdə və təhlükəsiz məkanda” keçirilir və proses yekun mərhələyə yaxınlaşıb. Agentlik səsvermənin nəticələrinin “yaxın günlərdə, hətta saatlarda” elan oluna biləcəyini istisna etmir.

Qeyd olunur ki, Əli Xamenei sağlığında öz potensial varisinin adını açıqlamayıb və bu məsələnin həllini Ekspertlər Şurasının səlahiyyətinə verib. Regionda davam edən gərginlik fonunda bu qərarın böyük siyasi əhəmiyyət daşıdığı vurğulanır.

Natiq Səlim,
KONRKET.az

Seçilən
21
konkret.az

1Mənbələr