AZ

Azərbaycan cüdoçuları Qran pri turnirində iştirak edəcəklər

ain.az, Oxu.az saytına istinadən bildirir.

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasə,n martın 6-dan 8-dək Avstriyanın Lints şəhərində cüdo üzrə Qran-pri turniri keçiriləcək.

Oxu.Az xəbər verir ki, Azərbaycan yarışda kişilərdən ibarət yığmanın böyük məşqçiləri - Elxan Məmmədov və Slavko Tekiçin rəhbərliyi altında dörd çəki dərəcəsində yeddi cüdoçu ilə təmsil olunacaq.

Kişilər arasında Murad Muradlı (60 kq), Ruslan Paşayev, İslam Rəhimov (hər ikisi 66 kq), Ömər Rəcəbli, Vüsal Qələndərzadə (hər ikisi 81 kq), Camal Qamzatxanov və Uşanqi Kokauri (hər ikisi +100 kq) mübarizə aparacaqlar.

Dünya Cüdo Turuna daxil olan turnirdə 62 ölkədən 509 idmançı iştirak edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
71
8
oxu.az

10Mənbələr