AZ

Gördüyü iş narazılıq yaradı - Vəzifəsindən gedə bilər

“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp hazırda işlədiyi “Red Bull” futbol sistemindəki vəzifəsindən gedə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Ekip” məlumat yayıb.

Almaniyalı mütəxəssis sistemdəki bəzi qərarları ilə tənqid olunur və onun fəaliyyəti tam razılıq doğurmur.

Bildirilir ki, cari mövsüm başa çatdıqdan sonra onun yerinə hazırda “Kristal Pelas”ın baş məşqçisi olan Oliver Qlasner gətirilə bilər.

Klopp 2024-cü ilin yayında “Liverpul”dan ayrılıb və 2025-ci ilin yanvarından “Red Bull” sistemində fəaliyyət göstərir.

Bundan əvvəl 58 yaşlı mütəxəssisə “Real” tərəfindən də maraq göstərilmişdi.

Seçilən
15
sportinfo.az

1Mənbələr