Futbol üzrə Türkiyə Kubokunun A qrupunda növbəti oyun keçirilib.
"Yeni Sabah" xəbər verir ki, "Alanyaspor" doğma meydanda "Qlatasaray"ı qəbul edib.
Oyun Okan Burukun komandasının qələbəsi ilə yekunlaşıb - 1:2.
"Qalatasaray"a qələbə qazandıran qolları Barış Yılmaz (penaltidən) və Renato Nhaqa vurublar. "Alanyaspor"un təsəlli qolunun müəllifi isə Stiv Muniye olub.
Bununla da "Qalatasaray" qrupda ardıcıl dörd oyunda meydandan qalibiyyətlə ayrılıb.
Telegram kanalımız