AZ

Dubayda ABŞ konsulluğuna dron zərbəsi - ANBAAN VİDEO

Dubayda yerləşən ABŞ konsulluğunun hücuma məruz qaldığına dair görüntülər sosial şəbəkələrdə sürətlə yayılır.

Musavat.com xəbər verir ki, yayılan video kadrlarda pilotsuz uçuş aparatının konsulluq istiqamətində hərəkət etdiyi və əraziyə çırpılma anının əks olunduğu bildirilir. Görüntülərdə hadisədən sonra binanın həyətində şiddətli yanğın müşahidə olunur.

Kadrlarda əhali arasında təşviş yarandığı, insanların hadisə yerindən uzaqlaşmağa çalışdığı görünür. Dubay uzun illərdir təhlükəsiz bölgə və azad iqtisadi zona imici ilə tanınırdı. Son günlər isə İranın həm ballistik raket, həm də dron zərbələrinin şəhərdə müxtəlif obyektləri hədəf aldığına dair məlumatlar yayılır. 

Bildirilir ki, iş mərkəzləri, otellər və beynəlxalq hava limanı ətrafında baş verən insidentlər Dubayın təhlükəsiz və sabit maliyyə mərkəzi imicini ciddi şəkildə sarsıdıb. Bu hadisələr Körfəz regionunun ən sabit iqtisadi məkanlarından biri kimi tanınan şəhərin reputasiyasına ağır zərbə kimi qiymətləndirilir.

Hazırda ABŞ tərəfindən hadisə ilə bağlı rəsmi açıqlama verilməyib. Rəsmi təsdiq gözlənilir.

 

Musavat.com

Seçilən
42
28
musavat.com

10Mənbələr