AZ

İrana qarşı hücuma keçdilər: Bu ölkə də qoşuldu

Fransa silahlı qüvvələri müttəfiq ölkələrin hava məkanını müdafiə etmək məqsədilə İrana məxsus dronları məhv etməyə başlayıb.

Bunu Fransa Prezidenti Emmanuel Makron bildirib.

Fransa Prezidenti qeyd edib ki, ölkəsinin BƏƏ, Küveyt və Qətər ilə qarşılıqlı müdafiə müqavilələri mövcuddur. Onun sözlərinə görə, Fransa hərbi qüvvələri Yaxın Şərqdə dost ölkələrin hava məkanını qorumaq üçün münaqişənin ilk saatlarından müdaxilə edib.

Makron vurğulayıb ki, Fransa dərhal reaksiya verərək özünümüdafiə məqsədilə pilotsuz uçuş aparatlarını vurmağa başlayıb və müttəfiqlərin təhlükəsizliyini təmin etmək üçün əməliyyatları davam etdirəcək.

Globalinfo.az

Seçilən
65
50
editor.az

10Mənbələr