AZ

Zelenskinin verdiyi cavab rüsvayçılıqdır - Orban

Macarıstanın Baş naziri Viktor Orban Kiyev rejiminin lideri Volodimir Zelenskinin Drujba boru kəməri ilə Rusiya neftinin tranzitini bərpa etmək çağırışlarına verdiyi cavabı rüsvayçılıq adlandırıb.

"Ölkə.az" xəbər verir ki, Orban bildirib ki, “Zelenski zənglərimizə kinayəli cavab verdi.

O, Macarıstanı təmin edən neft kəmərini bağlayarkən Ukraynaya minnətdar olmağımızı istəyir. 

Daha əvvəl Zelenski Budapeşt və Bratislavadan gələn müraciətlərə cavab olaraq qeyd etmişdi ki, nə Orban, nə də Slovakiyanın Baş naziri Robert Fitso heç vaxt Ukraynaya minnətdarlıq bildirməyiblər.

Orban vurğulayıb ki, Ukrayna prezidentinin sözlərindən görünür ki, Kiyev boru kəmərinin fəaliyyətini bərpa etmək niyyətində deyil, baxmayaraq ki, Ukrayna Avropa Birliyi ilə müqavilələrə əsasən bunu etməyə borcludur.

Fevralın 27-də Slovakiyanın Baş naziri Robert Fitso Zelenskinin Drujba neft kəmərinin texniki vəziyyətini yoxlamaq üçün onun təklifini rədd etdiyini açıqlayıb.

Elvin

Ölkə.az

Seçilən
38
1
olke.az

2Mənbələr