AZ

İspaniya Kuboku: Barselona böyük hesabla qalib gəlsə də, finala çıxa bilmədi VİDEO

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

İspaniya Kubokunun yarımfinal mərhələsinin təkrar oyunları çərçivəsində "Barselona" - "Atletiko Madrid" matçı keçirilib.

Oxu.Az xəbər verir ki, qarşılaşma Kataloniya təmsilçisinin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

Qeyd edək ki, tərəflər arasında ilk görüş "Atletiko Madrid"in 4:0 hesablı qalibiyyəti ilə başa çatmışdı. İki matçın yekununda (3:4) Madrid təmsilçisi finala yüksəlib.

Bu cütün qalibi "Atletik Bilbao" - "Real Sosyedad" (ilk oyun 0:1) cütünün qalibi ilə finalda üz-üzə gələcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
oxu.az

1Mənbələr