AZ

"Liverpul" "Vulverhempton"a məğlub oldu

İngiltərə Premyer Liqasının 29-cu turunun "Vulverhempton" və "Liverpul" komandaları arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, “Molinyu” stadionunda (Vulverhempton) baş tutan qarşılaşma meydan sahiblərinin sensasiyalı 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın baş hakimi Thomas Bramall olub.

Görüşdə hesab yalnız 78-ci dəqiqədə açılıb. “canavarlar”ın heyətində meydana sonradan daxil olan futbolçular fərqləniblər. Portuqaliyalı yarımmüdafiəçi Rodrigo Gomes nigeriyalı hücumçu Tolu Arokodarenin ötürməsindən sonra topu qapıdan keçirib.

Bundan beş dəqiqə sonra mersisayd təmsilçisinin misirli vingeri Məhəmməd Salah hesabı bərabərləşdirib – 1:1.

Lakin matçın ikinci hissəsinə əlavə olunmuş vaxtda braziliyalı yarımmüdafiəçi André Trindade son nöqtəni qoyaraq komandasına vacib üç xalı qazandırıb.

Bu nəticədən sonra “Liverpul” 48 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. “Vulverhempton” isə 16 xalla sonuncu – 20-ci yerdə qalmaqdadır. 17-ci sırada olan "Nottinghem Forest" ilə xal fərqi 11-ə bərabərdir.

Növbəti turda “Vulverhempton” martın 16-da səfərdə "Brentford"un  qonağı olacaq. “Qırmızılar” isə martın 15-də doğma meydanda "Tottenhem"i qəbul edəcək.

Seçilən
33
90deqiqe.az

1Mənbələr