AZ

İran yeni ali liderini seçdi

Ayətullahlar Şurası (İranın Ekspertlər Məclisi ) Əli Xameneinin oğlu Müctəba Xameneini İranın yeni ali rəhbəri təyin edib.

Publika.az xəbər verir ki, bu barədə "Iran International" agentliyi məlumat yayıb.

"Ekspertlər Məclisi İslam İnqilabı Keşikçiləri Korpusunun təzyiqi altında fəaliyyət göstərərək, Müctəba Xameneini İslam Respublikasının rəhbəri vəzifəsinə seçib", - agentliyin məlumatında deyilir:

Qeyd edək ki, mərkəzi Londonda yerləşən "Iran International" özünü İrandakı hadisələrə alternativ baxış təqdim edən müstəqil media qurumu kimi təqdim edir. 2022-ci ildə Tehran hakimiyyəti iğtişaşları qızışdırmaq və yalan məlumat yaymaq ittihamlarını əsas gətirərək kanalı "terror təşkilatı" elan edib.

Seçilən
19
publika.az

1Mənbələr