AZ

ABŞ də sincab rabitə xətlərini sıradan çıxardı

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

ABŞ-nin Ohayo ştatında fiber-optik xətləri gəmirən sincab rabitənin genişmiqyaslı kəsilməsinə səbəb olub.

Oxu.Az UPI agentliyinə istinadən xəbər verir ki, nəticədə bir sıra dövlət qurumlarında, o cümlədən prokurorluq ofisində telefon və internet əlaqəsi dayandırılıb.

İlkin mərhələdə nasazlığın podratçılar tərəfindən yeraltı kabelin təsadüfən zədələnməsi ilə bağlı olduğu ehtimal edilsə də, aparılan araşdırmalar fərqli nəticə göstərib. Məlum olub ki, sincab fiber-optik şəbəkənin infrastrukturunda yuva quraraq bir neçə xətti zədələyib.

Rəsmilər internet provayderləri ilə birlikdə bu cür halların təkrarlanmaması üçün tədbirlər görüldüyünü açıqlayıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
141
oxu.az

1Mənbələr