AZ

Səudiyyə Ərəbistanı təhlükəsizlik üçün tədbirlər görməyə hazır olduğunu bildirib

Səudiyyə Ərəbistanı hakimiyyəti Krallığın təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri tədbirləri görməyə hazır olduğunu bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə hökumətin fövqəladə iclasının yekunlarına əsasən bəyanatında bildirilib.

"Səudiyyə Ərəbistanı öz ərazisini, vətəndaşlarını və sakinlərini qorumaq üçün bütün zəruri tədbirləri görəcək", - bəyanatda deyilir.

Nazirlər Kabineti həmçinin əraziləri İranın zərbələrinə məruz qalan regional dövlətlərə dəstəyini ifadə edib.

Bundan əlavə, bəyanatda bildirilir ki, Krallıq hakimiyyəti münaqişə səbəbindən Səudiyyə Ərəbistanı hava limanlarında qalan Fars körfəzi ölkələrinin vətəndaşlarına yardım göstərilməsinə nəzarət edir.

Seçilən
14
1
ikisahil.az

2Mənbələr