AZ

Ekspertlər Şurası yeni Ali liderlə bağlı qərarı açıqlamağa hazırlaşır

ain.az bildirir, Baku.ws portalına istinadən.

İranda ali rəhbərlik postu ilə bağlı proses yekun mərhələyə çatıb.

BAKU.WS İran KİV-nə istinadən xəbər verir ki, ölkənin ali dini-siyasi qurumu olan İranın Ekspertlər Şurası yaxın saatlar və ya günlər ərzində yeni Ali liderin adını rəsmi şəkildə elan edəcək.

Bildirilir ki, səsvermə proseduru artıq tamamlanmaq üzrədir və nəticələrin ictimaiyyətə təqdim olunması üçün hazırlıq görülür. Açıqlamalarda vurğulanır ki, mərhum Ali lider Əli Xameneinin ABŞ və İsrail hücumları nəticəsində həlak olmasından sonra ölkədə konstitusion prosedura uyğun olaraq yeni rəhbərin seçilməsi prosesinə start verilib.

Rəsmi mənbələr qeyd edirlər ki, əsas məqsəd İslam Respublikasının siyasi sistemində davamlılığı və sabitliyi qorumaqdır. "İslam quruluşunun birliyi və idarəetmə mexanizminin fasiləsiz fəaliyyəti təmin olunmalıdır", – deyə yerli mediada yayılan məlumatlarda bildirilir.

Bununla yanaşı, Ekspertlər Şurasının Qum şəhərində yerləşən binasına zərbə endirilməsi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirilib. Məlumata görə, hücum faktı təsdiqlənsə də, həmin vaxt binada hər hansı iclas keçirilməyib. Təhlükəsizlik səbəbləri nəzərə alınaraq səsvermənin məsafədən və alternativ prosedur əsasında təşkil edildiyi vurğulanıb.

Məlumatlı mənbələr bildirirlər ki, yeni Ali liderin kimliyi ilə bağlı qərar artıq son mərhələdədir və yaxın zamanda ictimaiyyətə təqdim olunacaq. Rəsmi açıqlama gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
1
baku.ws

2Mənbələr