Gəncədə qəza olub, bir nəfər ölüb. 1news.az APA-ya istinadən xəbər verir ki, 1961-ci il təvəllüdlü Nəriman Hacıyev idarə etdiyi “VAZ-21150” markalı avtomobillə hərəkətdə olarkən avtomobilin sağ arxa təkəri dəmir yolu xəttinə dəyib. Hadisə nəticəsində sürücü idarəetməni itirərək qəza törədib. Nəriman Hacıyev hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.