AZ

Əsl ulduz şıltaqlığı | ELM

2014-cü ildə ulduzun rəngi qırmızıdan sarıya çevrilib.Bu keçid kosmik baxımdan çox sürətlə baş verib. Halbuki, adətən, bir ulduzun təkamülü üçün milyardlarla il lazımdır. Bu transformasiyanı heç bir mövcud ulduz modeli tam izah edə bilmir.


Günəşlə müqayisədə WOH G64 -ün parlaqlığı təxminən 300.000, diametri isə təxminən 1500 dəfə böyükdür. Əgər o, Günəşin yerində olsaydı, səthi Yupiter ilə Saturnun orbitləri arasındakı məsafəyə qədər uzanardı. İşıq sürəti ilə ulduzun ətrafında dövrə vurmaq üçün altı saat vaxt lazım gələrdi.

Təxminən 10 milyon yaşı olan WOH G64 ömrünün sonuna yaxın görünür. Halbuki, Günəşin təxminən 4,5 milyard yaşı var və hələ 5 milyard il ömrü qalıb. WOH G64 Yerdən təxminən 160.000 işıq ili məsafədə yerləşir.


Müasir ulduz modellərinə görə,kütləsi Günəşinkindən 8-23 dəfə böyük olan ulduzlar ömrünün sonunda qırmızı supernəhənglərə çevrilir və partlayaraq, supernova əmələ gətirir.Kütləsi Günəşinkindən 23-30 dəfə böyük olan ulduzların isə taleyi qeyri-müəyyəndir. Onlar supernova kimi partlaya, içinə çökərək “qara dəliy”ə çevrilə, qırmızı supernəhəng fazasından sarı hipernəhəng mərhələsinə keçə bilərlər. WOH G64-ün taleyi modeli dəqiqləşdirmək baxımından əhəmiyyətli ola bilər.

Samir Quliyev
AzVision.az
Seçilən
35
1
azvision.az

2Mənbələr