AZ

Qətər və BƏƏ: “İrana qarşı cavab vermək hüququmuzu özümüzdə saxlayırıq”

Qətər və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın hücumları ilə bağlı məsələni BMT Təhlükəsizlik Şurasının diqqətinə çatdıraraq, cavab tədbirləri görmək hüquqlarını özlərində saxladıqlarını bəyan ediblər.

Editor.az xəbər verir ki, Qətər və BƏƏ İranın ərazilərinə yönəlmiş hücumları ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) ayrı-ayrılıqda məktub ünvanlayıblar. Hər iki ölkə BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, legitim özünümüdafiə və cavab vermək hüquqlarını özlərində saxladıqlarını vurğulayıb.

Qətərin BMT-dəki daimi nümayəndəsi Alya Əhməd bin Seyf tərəfindən BMT-nin Baş katibi Antonio Quterreşə və hazırda Təhlükəsizlik Şurasına sədrlik edən ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Maykl Voltsa göndərilən məktubda İranın hücumu milli suverenliyin açıq pozuntusu və regional təhlükəsizliyə təhdid kimi qiymətləndirilib.

BƏƏ də oxşar şəkildə BMT-yə müraciət edərək ölkəni hədəf alan raket və pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumların miqyası barədə məlumat verib. Əbu-Dabi rəhbərliyi hücumların mülki şəxslərə və mülki infrastruktur obyektlərinə təsirinə diqqət çəkərək, özünümüdafiə hüququnu bir daha önə çəkib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
79
editor.az

1Mənbələr