AZ

Karni: ABŞ və İsrailin İrana qarşı zərbələrini təəssüfl hissi ilə dəstəkləyirəm...

Kanadanın baş nazir Mark Karni bildirib ki, Tehran nüvə proqramı və Yaxın Şərqdə silahlı qruplaşmaları dəstəklədiyinə görə bu addım qaçılmaz sayılıb...

Poliqon xəbər verir ki, bu barədə Kanada Baş naziri Mark Karni Avstraliyaya səfəri zamanı keçirilən mətbuat konfransında danışıb. Onun sözlərinə görə, Kanada ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatı müəyyən təəssüf hissi ilə dəstəkləyir, lakin bu addım mövcud beynəlxalq təhlükəsizlik vəziyyətinin və qlobal nizamın mürəkkəbliyinin növbəti nümunəsi kimi qiymətləndirilir. Karni qeyd edib ki, Ottawa rəsmi olaraq hərbi əməliyyatların genişlənməsini arzu etməsə də, Tehranın son illərdə həyata keçirdiyi siyasət Qərb ölkələrində ciddi narahatlıq yaradıb.

Kanada hökumətinin başçısı bildirib ki, İrana qarşı zərbələrə dəstəyin əsas səbəbi Tehranın nüvə proqramı ilə bağlı siyasəti və Yaxın Şərq regionunda müxtəlif silahlı qruplaşmalara göstərdiyi dəstəkdir. Onun sözlərinə görə, bu fəaliyyətlər regionda sabitliyə təhlükə yaradır və beynəlxalq təhlükəsizlik üçün risk kimi qiymətləndirilir.

Poliqon.info

Seçilən
18
poliqon.info

1Mənbələr