AZ

"Real Madrid" ulduzunu itirdi - Mövsümü erkən başa vurdu

"Real Madrid"in vingeri Rodriqo "Xetafe" ilə matçda (0:1) sıradan çıxıb.

Fanat.Az xəbər verir ki, braziliyalının zədəsi kifayət qədər ciddidir.

Bu barədə Madrid klubu rəsmi saytı üzərindən açıqlama yayıb. Futbolçunun tibbi müayinədən keçdiyi və onun çarpaz bağlarının cırıldığını təsdiqlənib. Onun dəqiq sağalma müddəti ilə bağlı rəsmi məlumat verilməsə də, bu tip zədələr adətən bir neçə ay çəkir. 25 yaşlı futbolçunun zədə səbəbindən mövsümün qalan hissəsində oynaya bilməyəcəyi və Braziliya millisinin tərkibində 2026-cı il dünya çempionatını buraxacağı ehtimal olunur. 

Rodriqo bu mövsüm Madrid klubunda 27 oyun keçirib, 3 qol vurub və komanda yoldaşlarına 6 məhsuldar ötürmə edib.
 

Seçilən
1
fanat.az

1Mənbələr