AZ

ABŞ indi də bu ölkədə hərbi əməliyyatlara başladı

Ekvador və ABŞ silahlı qüvvələri Ekvadorda terrorçu kimi tanınan təşkilatlara qarşı əməliyyatlara başlayıb.

Azreform.info xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığının məlumat yayıb.

“Bu əməliyyatlar Latın Amerikası və Karib dənizindəki tərəfdaşların narkoterrorizmə qarşı mübarizəyə sadiqliyinin bariz nümunəsidir”, - məlumatda deyilir.

ABŞ ordusu qeyd edib ki, birlikdə yarımkürədə vətəndaşlar arasında uzun müddətdir terror, zorakılıq və korrupsiya səpən narko-terrorçulara qarşı qətiyyətli tədbirlər görürük.
Ekvador Silahlı Qüvvələrinin Cənub Komandanlığının komandanı general Fransis L. Donovan bildirib ki, Ekvador Silahlı Qüvvələrinin bu mübarizəyə sarsılmaz sadiqliyini, ölkələrində narkoterrorçulara qarşı davamlı əməliyyatlardakı cəsarətini və qətiyyətini təqdir edirik.
Nəzərə alaq ki, ABŞ hazırda  İsraillə birlikdə paralel olaraq İrana qarşı da mübarizə aparır.

 Mürtəza

Seçilən
33
1
azreform.info

2Mənbələr