AZ

Yeni “soyuq müharibə” mümkündürmü? ABŞ, Çin və Rusiya faktoru

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

ABŞ, İsrail, İran arasında olan qarşıdurma davam edir.

Prosesin hər davam etdiyi saat, gün özü ilə bərabər suallar yaradır.

Məsələn, maraqlıdır, bu qarşıdurma qlobal güclər arasında yeni “soyuq müharibə tipli” bloklaşmaya səbəb ola bilərmi?

Rusiya və Çin faktoru bu qarşıdurmada hansı səviyyədə real təsir gücünə malikdir?

Bu barədə Gununsesi.info-ya politoloq Oqtay Qasımov danışıb.

O bildirib ki, dünyada ciddi proseslər gedir və İrandakı bu savaş yeni dünya nizamının formalaşması istiqamətində atılan ciddi addımlardan biridir:

“Faktiki olaraq İrandakı müharibə ABŞ-nin həm də qlobal səviyyədə dünya enerji resurslarına nəzarət uğrunda mübarizədir. O cümlədən qlobal nəqliyyət dəhlizlərinə nəzarət uğrunda mübarizədir. Şübhəsiz ki, bir də İranın Amerikaya qarşı blokda yer aldığı üçün, bu bloku zəiflətmək üçün atdığı addımlardır”.

Siyasi şərhçi eyni zamanda deyib:

“Düşünmürəm ki, hələlik ciddi bir bloklaşma olacaq. Çünki ABŞ-nin atdığı addımlar ondan ibarətdir ki, ABŞ dünyanın qərb yarımkürəsini Manro doktorinaslna qayıtmaq öz nəzarətinə yenidən tam şəkildə salmaq istəyir. Xüsusilə Rusiya və Çini Qərb yarımkürəsindən çıxartmaq istəyir. Qrenlandiyaya sahiblənmək də bu istəkdən doğur. Dünyanın Şərq yarımkürəsinə gəldikdə isə, yenə də ABŞ özünün əvvəli dominat gücünü saxlamaqla təsir imkanlarını artırmaq və dünya enerji resurslarına nəzarət etmək, özünün əsas rəqibi Çini dolayı yolla zəiflətmək istəyir”.

O, həmçinin əlavə edib:

“Trampın son iki ayda atdığı addımlar həm də onun Çinə edəcəyi səfər öncəsi sanki planlaşdırılmış addımlardır. Belə ki, Çinin əsas enerji təminatçısı rolunda çıxış edən üç ölkədən biri Amerikanın nəzarətinə keçib. Yəni Venesuela. İran uğrunda hal-hazırda savaş gedir. Rusiya isə Ukrayna bataqlığında çabalamaqdadır. Düşünürəm ki, Tramp bunları etməklə Çinin qarşısında öz əlini gücləndirir. Yəni gələcək dünya yüksək texnologiyalarla bərabər həm də enerji resurslarına nəzarət uğrunda mübarizədir”.

Politoloq son olaraq bildirib:

“ABŞ artıq Panama kanalına yenidən tam nəzarət edir. Hörmüz boğazı və Qırmızı dənizdəki dəhlizdə onun nəzarətindədir. Bundan başqa, həm də Malakka boğazından keçən dəhliz də Amerikanın nəzarətindədir. Yəni Amerika Çinin bütün yüklərinin daşındığı nəqliyyat dəhlizlərinə nəzarəti həyata keçirməklə onu zəiflətmək istəyir. Bu baxımdan, hal-hazır davam edən proseslər gələcək çoxqütblü yeni bir düzənin yaradılması ilə bağlıdır. Düşünmürəm ki, Rusiya özü hansısa bir bloklaşmaya gedə bilər. Çinin ətrafında müəyyən bir təmərküzləşmə gedə bilər. Amma Amerikanın son aqressiv addımları bir çox ölkələri məhz bu istiqamətdə Çin ilə yanaşı addımlamaqdan çəkindirəcək. Bir sözlə, dünya ikiqütblü sistemə doğru tədricən getməyə çalışır. Amerika da buna mane olmağa çalışır. Ancaq bunu nə qədər bacardığını gələcəkdə görəcəyik”.

Orxan

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
68
icma.az

1Mənbələr