AZ

Xameneinin yerinə keçəcək şəxsin adı açıqlandı

BAKI, 4 mart. TELEQRAF

İranın mərhum ali rəhbəri Əli Xameneinin oğlu Müctəba Xamenei atasının tutduğu vəzifə üçün ən çox ehtimal olunan namizəddir.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) İran rəsmilərinə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, Ekspertlər Şurası 56 yaşlı Müctəba Xameneini yeni ali rəhbər kimi elan etməyə hazır olsa da, bəzi şura üzvləri bunun onu ABŞ və İsrailin hədəfinə çevirəcəyindən narahatlıqlarını bildiriblər.

Martın 3-də Ekspertlər Şurasının Qum şəhərindəki ofisi İsrailin hücumuna məruz qalıb. Bina əvvəlcədən təxliyə edilib, heç kim xəsarət almayıb.

NYT qeyd edib ki, yeni ali rəhbərin namizədliyini müzakirə etmək üçün martın 3-də səhər və axşam distant görüşlər keçirilib.

Xatırladaq ki, dünən bəzi media qurumlarında Müctəba Xameneinin Ekspertlər Şurasının üzvləri tərəfindən ali rəhbər seçildiyinə dair məlumat yayılmışdı.

Seçilən
18
1
teleqraf.com

2Mənbələr