AZ

ABŞ İrana məxsus 17 gəmini məhv edib

ABŞ İrana məxsus 17 gəmini məhv edib.

Missiya.Az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuper sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, məhv edilən gəmilər arasında “ən xidmətə yararlı” hesab olunan sualtı qayıq da var. Bildirilib ki, sualtı qayığın gövdəsində dəlik yaranıb. Ekipaj üzvlərinin xəsarət alıb-almadığı barədə məlumat verilməyib.

Qeyd olunub ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı əməliyyata başlayıb. Əməliyyata 50 mindən çox amerikalı hərbçi cəlb olunub.

Buna cavab olaraq İran İsrailə və Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına zərbələr endirməyə başlayıb. Tehran hesab edir ki, Vaşinqton yaxın vaxtlarda hərbi əməliyyatları dayandırmağa məcbur olacaq.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
16
missiya.az

1Mənbələr