AZ

“Sabah” PSJ nin qapıçısı ilə anlaşdı

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Misli Premyer Liqasının lideri “Sabah” PSJ-nin qapıçısı Bilal Laurendonla anlaşıb. 

“Qafqazinfo” xəbər  verir ki, bu barədə “L’Équipe” nəşri məlumat yayıb. 

Bildirilib ki, Paris təmsilçisi ilə yayda müqaviləsi başa çatan 20 yaşlı futbolçu Masazır təmsilçisinə azad agent kimi keçəcək. 

Mərakeş millisinin üzvü ilə sözləşmənin detalları razılaşdırılıb. 

Qeyd edək ki, Bilal Laurendon 2019-cu ildən PSJ-nin akademiyasındadır. O, parislilərin əsas komandasında debüt etməsə də, bir neçə matçda iştirak ərizəsində yer alıb. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
128
1
qafqazinfo.az

2Mənbələr