AZ

Futbolda ofsayd qaydası dəyişdi

FİFA-nın İnkişaf Direktoru Arsen Vengerin irəli sürdüyü yeni ofsayd qaydası qəbul edilib. Metbuat.az xəbər verir ki, yeni qaydaya əsasən, oyunçu yalnız son müdafiəçini tamamilə keçdiyi təqdirdə ofsayd hesab ediləcək və qərar artıq bədənin hər hansı bir hissəsinə baxmağa əsaslanmayacaq. Məlumata görə, epizodun ofsayd hesab edilməsi üçün oyunçunun bütün bədəni rəqib oyunçunun qarşısında olmalıdır.

“The Times” qəzetinin məlumatına görə, yeni qayda Kanada Premyer Liqasında tətbiq ediləcək. Yeni qayda uğurlu alınarsa, 2027-2028 mövsümündən başlayaraq dünyada tətbiq olunacaq.

Seçilən
12
1
metbuat.az

2Mənbələr