AZ

Rusiya ordusu Ukraynada daha 980 hərbçisini itirib

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 980 hərbçisini itirib.

Missiya.Az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da müharibədə ölən Rusiya hərbçilərinin sayı 1 milyon 269 min 500 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 5 tank, 32 artilleriya sistemi və 4 zirehli döyüş maşınını məhv edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
53
21
missiya.az

10Mənbələr