AZ

İranın rəhbəri haqqında şok faktlar- “O da öldürülsə...”- ÖZƏL

İranın öldürülmüş ali rəhbərinin yeri boş qalmadı. Öncə bu posta ayətullah Əlirza Ərafi müvəqqəti olaraq təyin edildi. Dünən isə 88 nəfərlik Xubrəqan Məclisinin qərarı ilə Müctəba Xamneyi İranın yeni rəhbəri seçilib. Müctəba Xamneyinin hakimiyyəti atasının hakimiyyəti kimi uzun sürəcəkmi? Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli olaylar.az-a açıqlamasında bildirib ki, Müctəba Xamneyi də atası kimi bu posta layiq olmadığı halda seçilib: "1989-cu ildə İran islam inqilabının lideri Ruhulla Xomeyni öləndə onun yerinə seçilən Əli Xamneyinin ayətullah rütbəsi yox idi. Bir gecədə ona ayətullah rütbəsi verdilər və ali rəhbər seçdilər. Halbuki Əli Xamneyi din alimi deyildi. Nə qədər bizə düşmən münasibət göstərsə də, Əli Xamneyinin güclü siyasətçi olduğunu söyləməliyik. Xamneyi mahir intriqa ustası, bacarıqlı təşkilatçı, dünya siyasətini bilən, öz maraqlarını yeritməyi bacaran adam idi. İndi onun yerinə eyni qaydada oğlu seçilib. Əslinə qalsa, Müctəba Xamneyi  atası Əli Xamneyi kimi güclü fiqur deyil. O, sadəcə atasının vəsiyyətinə uyğun olaraq rəhbər seçilib. Bundan başqa Müctəba Xamneyinin çatılşmayan bir cəhəti də var. Əli Xamneyi Məşhəddə doğulmuş, uşaqlığı Təbrizdə keçmişdi. Türk dilini az-maz bilirdi. Onu Güney Azərbaycana, Təbrizə bağlamaq olurdu. Müctəba Xamneyi isə Məşhəddə doğulub, onun Güney Azərbaycana, Təbrizə heç bir aidiyyati yoxdur. Bu baxımdan İranın təbliğat maşını onun güneylilərə sırımaq üçün çox çətinlik çəkəcək".
Elman Cəfərli deyib ki, əgər ABŞ və İsrail Müctəba Xamneyini də qətlə yetirsə, o zaman İranda vilayəti fəqih rejimi ciddi böhran keçirəcək: "Bu halda İranın sekulyarlaşmasından başqa yol qalmayacaq.  Əslində ABŞ prezidenti Donald Trampın planı İranda tamam başqa bir qüvvəni hakimiyyətə gətirməkdir. ABŞ və İsrail İranda Əbdülfəttah Sisi modelini tətbiq etmək istəyir. Yəni dini sistem devrilir, yerinə hərbi diktarura gəlir. Son vaxtlar İran rəsmiləri SEPAH-ın Qüds qolunun komandiri İsmayıl Qaanini "xain" çıxarmağa başlaylıblar. Guya öldürülən dini və hərbi liderlərin yerini düşmənə o satıbmış. Fikrimcə, bu piar Qaanini İran cəmiyyətinin gözündən salmaq və yolunu kəsmək məqsədi daşıyır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
olaylar.az

1Mənbələr