AZ

Paşinyan Tbilisidə Kobaxidze ilə görüşüb

Ermənistan Baş naziri Nikol Paşinyan Tbilisidə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Ermənistan Respublikası Baş nazirinin ofisi məlumat yayıb.

Ermənistan və Gürcüstan liderləri ikitərəfli strateji münasibətlərin gündəliyi ilə bağlı geniş məsələləri müzakirə ediblər.

Ticarət-iqtisadi əməkdaşlığın ardıcıl inkişafı və genişlənməsi vurğulanıb.

Baş nazirlər həmçinin regional əhəmiyyətli bir sıra məsələlər barədə fikir mübadiləsi aparıblar. Bölgədə sülhün və sabitliyin təmin edilməsinə yönəlmiş addımların davam etdirilməsinin vacibliyi vurğulanıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan 3-4 mart tarixlərində Gürcüstanda işgüzar səfərdədir.

Seçilən
108
2
apa.az

3Mənbələr