AZ

Müəllimləri vəzifə olaraq bir pillə üstün tutmalıyam Nazir müavini

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Mən müəllimləri vəzifə olaraq bir pillə üstün tutmalıyam, bu mənim borcumdur”.

Redaktor.az xəbər verir ki, bu fikirləri Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bildirdi. 

O əlavə etdi ki, insan kimi formalaşmağımızda müəllimlərimizin rolu danılmazdır:

“Valideynlərimizin müəllimləri bu prosesdə dolayısı olsa da iştirak ediblər. Çünki evdə aldığımız tərbiyə, valideynlərimizin bizə ötürdüyü bilik və bacarıqlar məhz müəllimlər tərəfindən formalaşdırılıb. Bu mənada ikinci vermək istədiyim mesaj ondan ibarətdir ki, müəllimlər həm də cəmiyyətin qoruyucu sütunlarıdır. Yəni onlar özləri ilə birlikdə o ənənələri daşıyan şəxslərdir və o ənənələri nəinki özündə saxlayan, eyni zamanda növbəti nəslə də dolayısı yolla ötürən şəxslərdir. Bu da düşünürəm ki, vacib mövzudur”.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
redaktor.az

2Mənbələr