“TəhsilPlus” kartı 450 minə yaxın təhsil işçisini əhatə edəcək.Mətbuat.az xəbər verir ki, bu fikirləri Təhsil İnkişaf Fondunun Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov “TəhsilPlus” kartı layihəsi barədə danışan zaman qeyd edib. O bildirib ki, layihə təhsil müəssisələrində çalışan şəxslərə maliyyə və sosial imkanların genişləndirilməsi məqsədi daşıyır. Onun sözlərinə görə, kart vasitəsilə təxminən 450 minə yaxın təhsil işçisinin təmin olunması planlaşdırılır.R.Həşimov qeyd edib ki, layihə məktəbəqədər təhsil, ümumi təhsil, peşə təhsili, orta ixtisas və ali təhsil müəssisələrində çalışan əməkdaşları əhatə edir. O vurğulayıb ki, “TəhsilPlus” kartı yalnız ödəniş aləti deyil, eyni zamanda müəllimlər üçün müxtəlif üstünlükləri birləşdirən platforma kimi fəaliyyət göstərəcək.