AZ

Müəllimlər ən çox bu sahələrdə güzəştlər istəyir

“TəhsilPlus” layihəsi çərçivəsində aparılan sorğunun nəticələrinə əsasən 11 826 nəfər iştirak edib. İştirakçıların təxminən 80 faizi qadın, 20 faizi isə kişi olub.
Mətbuat.az xəbər verir ki, bu fikirləri Təhsil İnkişaf Fondunun Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov “TəhsilPlus” kartı layihəsi barədə danışan zaman qeyd edib. R.Həşimov bildirib ki, respondentlər Azərbaycanın müxtəlif regionlarını təmsil edib. Sorğunun nəticələrinə əsasən müəllimlərin daha çox maraq göstərdiyi istiqamətlər aşağıdakılardır:Sağlamlıq və tibbi xidmətlər - 69%Təhsil, tədris və peşəkar inkişaf - 62%Supermarket və ərzaq mağazaları - 59%Nəqliyyatda güzəştlər - 48%İctimai iaşə obyektləri - 47%Turizm xidmətləri - 43%O qeyd edib ki, nəticələr müəllimlərin sosial rifahı ilə bağlı ehtiyacların daha çox gündəlik xidmətlər və sosial paketlərlə bağlı olduğunu göstərir.Onun sözlərinə görə, layihə çərçivəsində ümumi və ali təhsil müəssisələrində çalışan pedaqoji və inzibati heyətlə 30 hədəf qrup görüşü keçirilib və bu görüşlərdə 500-dən çox iştirakçı iştirak edib.

R.Həşimov vurğulayıb ki, görüşlərin əsas məqsədi təhsil işçilərinin gözləntilərini, təkliflərini və sosial ehtiyaclarını öyrənmək olub. O əlavə edib ki, əldə olunan nəticələr “TəhsilPlus” kartının funksiyalarının formalaşdırılmasında əsas rol oynayıb.

Seçilən
8
metbuat.az

1Mənbələr