AZ

“Şadlıq evlərinin sayını azaldıb, idman sarayları tiksinlər”

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Arzulayırıq ki, iş adamları şadlıq evlərinin tikintisinin sayını azaldaraq idman saraylarının tikintisinə daha çox vəsait ayırsınlar”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vüqar İskəndərov Milli Məclisin Gənclər və idman komitəsinin təşkil etdiyi 5 Mart – Bədən tərbiyəsi və idman günü ilə bağlı Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və idman federasiyaları ilə bu gün keçirilən ictimai dinləmədə bildirib.

“Nə qədər idman mərkəzləri tikilsə, azdır. Son illərdə idman fitnes mərkəzlərinə axın var”, - deyə deputat əlavə edib.

Nuranə Daxilqızı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
59
qafqazinfo.az

1Mənbələr