AZ

Gəncədə yaşayış evi yandı Fotolar Yenilənib

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

Gəncədə fərdi yaşayış evlərindən birində yanğın başlayıb. 

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin “Totanlı” adlanan ərazisində qeydə alınıb. 

Yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürən texnika və canlı qüvvə cəlb edilib. Alovun qarşısının alınması istiqamətində iş aparılır.

***

Gəncədə Fəridə Əliyarbəyli küçəsi 41 ünvanında yerləşən Tahirə Cəfərovaya məxsus fərdi yaşayış evində baş verən yanğın söndürülüb. 

Yanğının söndürülməsi üçün əraziyə üç yanğınsöndürən avtomobil və 30-a yaxın canlı qüvvə cəlb olunub. Hadisə zamanı iki otaqlı yaşayış evi əşyalarla birlikdə tamamilə yanaraq külə dönüb.

İlkin ehtimala görə, yanğın elektrik naqillərində qısaqapanma nəticəsində baş verib.

Yunis Quliyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
97
1
qafqazinfo.az

2Mənbələr