AZ

İngiltərə tələbə vizasını dayandırır Bu ölkədən olanlara

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İngiltərə Daxili İşlər Nazirliyi viza sistemində sui-istifadə hallarını əsas gətirərək aralarında Əfqanıstanın da olduğu dörd ölkədən gələn şəxslərə tələbə vizasının verilməsini tamamilə dayandırmaq qərarı qəbul edib.

Qərara əsasən, bu aydan etibarən Əfqanıstanla yanaşı Kamerun, Myanma və Sudan vətəndaşlarına tələbə vizası verilməyəcək. Bundan əlavə, Əfqanıstan vətəndaşlarına təqdim olunan ixtisaslı işçi vizaları da dayandırılacaq.

Rəsmi statistikaya görə, adıçəkilən dörd ölkədən təhsil məqsədilə İngiltərəyə gələnlərin əhəmiyyətli hissəsi sonradan sığınacaq üçün müraciət edib. 2021–2025-ci illər arasında qanuni yollarla ölkəyə daxil olduqdan sonra sığınacaq istəyənlərin sayı üç dəfədən çox artıb. Xüsusilə tələbə vizası ilə gələn əfqanların 95 faizinin sığınacaq üçün müraciət etdiyi bildirilir. Myanmadan gələnlərin sığınacaq müraciətlərində isə 16 dəfə artım qeydə alınıb.

Hökumət sözçüsü qeyd edib ki, bu sərt tədbirlər viza sistemindəki sui-istifadənin qarşısını almaq və ölkənin həqiqətən yardıma ehtiyacı olan şəxslərə dəstək vermək ənənəsini qorumaq məqsədi daşıyır.

Nazirlik martın 5-də Miqrasiya Qaydalarına dəyişiklikləri nəzərdə tutan və viza dayandırılması qərarını əhatə edən yeni qanun layihəsini parlamentə təqdim edəcək.

Xatırladaq ki, son aylarda Anqola, Namibiya və Konqo Demokratik Respublikası hökumətlərinə, deportasiya edilən vətəndaşlarını geri qəbul etməyəcəkləri təqdirdə vizaların tamamilə ləğv ediləcəyi ilə bağlı xəbərdarlıq olunmuşdu.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
azpolitika.info

1Mənbələr