AZ

İslam dinində bürclərə inanmaq doğrudurmu?

ain.az, Gununsesi saytına istinadən bildirir.

“İslam dinində bürclərə inanmaq doğru sayılmır və bu məsələ dinimizdə qəbul edilmir”.

Gununsesi.info bildirir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov Space TV-də yayımlanan “İnam” verilişində bürclərlə bağlı suala cavab verərkən deyib.

Onun sözlərinə görə, müsəlman üçün insanın taleyi və həyatı ilə bağlı inam yalnız Uca Allaha bağlı olmalıdır.

Deputat qeyd edib ki, cəmiyyətdə bürclərlə bağlı müxtəlif yanaşmalar və uzun illər ərzində formalaşmış müşahidələr mövcuddur.

“Bəzi şəxslər bunu insanların xasiyyət xüsusiyyətləri ilə əlaqələndirir və müəyyən uyğunluqlar axtarır. Mömin insan üçün əsas olan həyatını və inancını dini dəyərlərə uyğun qurmaqdır”.

Şəbnəm

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
icma.az

1Mənbələr