AZ

Fransa da müharibəyə qoşuldu: İran PUA-larını vurdu

Fransa, İranın hücumlarından dəniz və hava bazalarını qorumaq üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) “Rafale” qırıcı təyyarələri, Aralıq dənizinə isə “Şarl de Qoll” təyyarədaşıyan gəmisi yerləşdirmişdi.

“Cebheinfo.az” xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barrot, “Rafale” qırıcı təyyarələrinin Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) hədəf alan İrandan atılan dronları məhv etdiyini açıqlayıb.

Fransanın bölgəyə göndərdiyi “Rafale” təyyarələri Əbu-Dabi yaxınlığındakı Zafra bazasında yerləşdirilmişdi.

Xatırladaq ki, 28 fevralda ABŞ və İsrailin İrana hücumu ilə başlayan müharibədə İranın Ali lideri Xameneyi də daxil olmaqla çoxsaylı şəxslər öldürülüb.

Tehran administrasiyası qisas olaraq Təl-Əvivə və bölgədəki ABŞ bazalarına hücumlar həyata keçirməyə başlayıb.

Seçilən
42
cebheinfo.az

1Mənbələr