AZ

“Heç kim bizə bunu qadağan edə bilməz” Tramp

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp İran müharibəsi başlayandan bəri ilk dəfə jurnalistlərin suallarını birbaşa cavablandırıb. Almaniya kansleri Fridrix Merts ilə Ağ Evdə keçirilən birgə mətbuat konfransında çıxış edən Tramp İran-İsrail qarşıdurması ilə yanaşı, İspaniyaya qarşı sərt bəyanatlar səsləndirib.

Tramp İran müharibəsi çərçivəsində İspaniyanın ABŞ-nin ölkədəki hərbi bazalarından istifadə etməsinə icazə verməməsinə də toxunub. O bildirib ki, Vaşinqtonun bu bazalara ehtiyacı yoxdur:

“İspaniya bizə bazalarından istifadə etməyə icazə vermədiyini dedi. Problem deyil, onlara ehtiyacımız yoxdur. İstəsək, ora uçub istifadə edə bilərik. Heç kim bizə bunu qadağan edə bilməz. İspaniya ilə bütün ticarət əlaqələrimizi kəsəcəyik. Onlarla heç bir münasibət istəmirik”, -deyə o qeyd edib.

Tramp həmçinin Avropa ölkələrinin İran məsələsində ABŞ və İsrailə daha çox dəstək verməli olduğunu bildirib və bu kontekstdə Böyük Britaniyanı da tənqid edib.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
azpolitika.info

1Mənbələr