AZ

İrandan təxliyə olunan çinli: Azərbaycan hökumətinə çox minnətdarıq

ain.az, Azertag portalına istinadən məlumat verir.

Astara, 4 mart, AZƏRTAC

İrana hücumdan sonra orada təxminən dörd-beş gün qaldıq və yalnız dünən çıxmaq qərarına gəldik.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə olunan Çin vətəndaşı Li Vanq deyib.

“Biz İrandakı Çin təşkilatları federasiyasını təmsil edirik və İrandakı Çin səfirliyi ilə birlikdə Çin vətəndaşlarının İrandan təxliyə olunmasına kömək etmişik. İşlərimizi bitirdikdən sonra özümüz də ölkəni tərk etmək qərarına gəldik”, - deyə o əlavə edib.

O deyib: “Biz Azərbaycan hökumətinə və Çinin Azərbaycandakı səfirliyinə çox minnətdarıq. Düşünürəm ki, onlar bizi gözləyir və bizi Bakı hava limanına aparacaqlar”.

İlkin Adıyev – müxbir

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
5
azertag.az

6Mənbələr