AZ

Qazaxıstandan gələn iranlı pilotlar və ekipaj üzvləri İrana qayıdıblar FOTO

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Astara, 4 mart, AZƏRTAC

Qazaxıstandan qayıdan İrana aid hava yolu şirkətlərindən birinin iranlı pilotları, ekipaj üzvləri və stüardessalar “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə ölkələrinə keçid ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumilikdə, 14 nəfər İran vətəndaşının keçidi təmin olunub.

Onlar xarici uçuş həyata keçirdikdən sonra İranda baş verən hadisələr səbəbindən və hava yolu bağlı olduğundan, geri qayıtmaq üçün quru yolu ilə – Azərbaycan ərazisindən ölkələrinə qayıdıblar.

İlkin Adıyev – müxbir

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
11
azertag.az

10Mənbələr